Qreqor Kobel Fransaya köçə bilər. PSJ Canluici Donnarumaya layiqli əvəzedici axtarışındadır və Dortmund “Borussiya”sının qolkiperinin rəqabət yaradacağından əmindir.
Futbolinfo.az xəbər verir ki, isveçrəli qolkiperin qiyməti 40 milyon avrodur. Parislilər 26 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.
Kobel qərarını verməyib. 2021-ci ildə “Ştutqart”dan 15 milyon avroya alınan və 2028-ci ilin yayınadək müqavləsi olan qapıçı dortmundluların yeni layihəsində yer almaq istəyir. Lakin “Borussiya” yayda heyəti tamamilə yeniləmək istədiyindən bu transfer mümkündür.