Atletika üzrə 2027-ci ildə keçiriləcək Dünya Çempionatının məkanı bəlli olub. Beynəlxalq Atletika Federasiyasının qərarına əsasən, yarışlara Pekin ev sahibliyi edəcək.
Qurum Çinin paytaxtına çempionatı Qlazqoda keçirilən iclasında həvalə edib. Xatırladaq ki, sabah Şotlandiyada qapalı məkanlarda Dünya Çempionatına start veriləcək.
“Pekini uğurlu təqdimatla təbrik edirik. Çin əhalisi 1,4 milyarddan çoxdur. Bu ölkə dünyanın ən böyük idman bazarlarından biridir. Məhz bu amil idmanımız qarşısında gözəl perspektivlər açır”, – deyə federasiya prezidenti Sebastyan Kou mətbuat konfransında bildirib.
Qeyd edək ki, Pekin 2015-ci ildə də atletika üzrə Dünya Çempionatını qəbul etmişdi.