“Roma”nın və Argentina millisinin hücumçusu Paulo Dibala zədəsini mümkün qədər tez sağaltmağı planlaşdırır.
Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçu fərdi proqram üzrə məşq edir.
Çox güman ki, o, aprelin 6-da “Latsio” ilə keçiriləcək oyunda iştirak edə biləcək.
“Roma” 51 xalla A Seriyasında 5-ci yerdə qərarlaşıb.