Macarıstanda keçirilən ralli yarışlarında baş vermiş qəzadan sonra ölənlərin sayı 4-ə çatıb. Bundan başqa daha 8 nəfər ciddi xəsarət alıb.

İnsident Yanoş Tot və Viktor Banın “Şkoda” markalı avtomobilinin trasdan çıxaraq azarkeşlərin üstünə getməsi zamanı baş verib. Azarkeşləri xilas etmək üçün hadisə yerinə 4 vertolyot və 8 təcili tibbi yardım maşını gəlib. Hazırda bir uşaq və bir də yaşlı azarkeşin vəziyyəti ciddi göstərilir.

İlkin versiyaya görə, azarkeşlər qadağan edilmiş zonada olublar.

Shares: