Mayamidə keçirilən “Masters” turnirində qadınların mübarizəsində gözlənilməz nəticələr qeydə alınır. Turnirin 1 nömrəli raketkası İqa Şvyontek rusiyalı Yekaterina Aleksandrovaya iki setdə məğlub olub – 4:6, 2:6. Digər gözlənilməz nəticə Karolin Qarsiya – Koko Qauf görüşündə baş verib. Fransalı tennisçi Qaufu 3 setdə məğlubiyyətə uğradıb – 6:3, 1:6, 6:2.

Qazaxıstanlı Yelena Rıbakina isə Medison Kiz üzərində rahat qələbə qazanıb. ABŞ-dən olan Daniela Kollinz və belaruslu Viktoriya Azarenka da növbəti mərhələyə adlayıb.

Kişilərin mübarizəsində Karlos Alkaras Qael Monfisə iki setdə qalib gəlib – 6:2, 6:4. Lorenzo Muzetti Ben Şeltondan üstün olub. İspan tennisçinin 1/8 finalda rəqibi Muzetti olacaq.

Qriqor Dimitrov Hanfmanı, Hurbert Hurkaç isə Kordanı məğlub edib.

Shares: