“Ştutqart”ın yay transfer pəncərəsi üçün əsas hədəfi Aleksander Nubeli heyətində saxlamaqdır. Almaniya klubu təcrübəli qapıçının azı daha bir mövsüm düşərgəsində qalmasını istəyir.

Futbolinfo.az xəbər verir ki, “Ştutqart” Nubeli yenə icarəyə götürmək istəyir. Qapıçı üçün tələb olunan 15 milyon avro onların büdcəsinə uyğun gəlmir.

Maraqlıdır ki, Nubeli “Bayern”də də gözləmirlər. Münhenlilərin qapıçı məşqçisi Mihael Rehner “SkySportDe”yə açıqlamasında deyib: “Nubelin icarə əsasında “Ştutqart”da qalması daha məntiqlidir. Qarşıdakı günlərdə bununla bağlı danışıqlar davam etdiriləcək. Amma öncə Nubellə mövcud müqavilənin müddətini uzatmalıyıq. Əks halda, onu icarəyə vermək yox, satmaq lazım gələcək”.

2020-ci ildən “Bayern”ə məxsus olan 27 yaşlı qapıçı Manuel Noyerlə rəqabətdə uduzduğu üçün gününü icarələrdə keçirib. O, daha öncə “Monako”da da eyni qaydada iki il oynayıb. Nubelin Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Shares: