Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin U-15 Liqasında çıxış edən “Lion” komandası ilə bağlı qərarını ləğv edib.
Futbolinfo.az xəbər verir ki, adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.
Belə ki, “Səbail”lə keçirilən görüşdən sonra azarkeşləri tərəfindən hakimlərin təhqir edilməsi və onlara hədə-qorxu gəlinməsi səbəbindən “Lion”a verilən 3 ev oyununu azarkeşsiz keçirmə cəzası ləğv olunub. İş yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.
Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.