“Mançester Siti”nin azarkeşləri İngiltərə Premyer Liqasının 30-cu turunda “Arsenal”la matçda (0:0) klub rəhbərliyinə etiraz ediblər.
Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın ev oyunları üçün nəzərdə tutulan biletlərin qiymətlərinin artmasıdır.
Ötən mövsüm klub tarixində rekord məbləğdə gəlir əldə edib. “Şəhərlilər” ardıcıl uğurlardan sonra azarkeş marağının daha da artması səbəbi ilə bilet qiymətlərini yüksəldiblər. Azarkeşlər isə bu səbəbdən “Arsenal”la görüşdə protesto ediblər.
Onların açdığı pankartlarda yazılıb: “Rekord qazanc, amma rekord qiymətlər. Sədaqətimizdən faydalanmağı dayandırın”.