AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

Shares: