Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək.

Qarşılaşmanı İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, daha öncə “Qarabağ” əzəli rəqibi “Neftçi”yə səfərdə 4:0 hesabıyla qalib gəlməklə demək olar ki, cütün taleyini həll edib.

Yarımfinalın cavab görüşləri aprelin 24-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunu

3 aprel

19:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov.
Zirə İdman Kompleksinin stadionu.

Shares: