Formula 1 üzrə mövsümün 4-cü qran-prisində təsnifat mərhələsi geridə qalıb. Yaponiyada keçirilən yarışda ən yaxşı nəticəni Maks Ferstappen göstərib.
İlk sessiyasının gözlənilməz nəticəsi Lens Strollun zəif çıxışı olub. Kanadalı sürücü növbəti sessiyaya keçə bilməyib. Bu şansdan yerli sürücü Yuki Tsunoda məharətlə faydalanıb. O, komanda yoldaşını qabaqlayaraq final sessiyasına da çıxa bilib.
Digər 9 nəfər isə 5 güclü komandanın sürücüsü olub. Onlar arasında mübarizə də kəskin alınmayıb. Maks Ferstappenə yalnız komanda yoldaşı Serxio Peres müqavimət göstərib. O, niderlandlı sürücüdən 0,066 saniyə geri qalıb. 3-cü sıradan start vermək hüququnu “Maklaren”dən Lando Norris əldə edib.
Beləliklə də, Maks Ferstappen karyerasında 36-cı, mövsümdə isə ardıcıl 4-cü poulunu qazanıb.