Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Futbolinfo.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.

57 kq-da Məhəmmədli Aşırəliyev 1/16 finalda Françesko Krusillanı (İtaliya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

O, növbəti görüşünü aprelin 9-da irlandiyalı Martin Makdonaha qarşı keçirəcək.

Aşırəliyevdən fərqli, Məhəmmədəli Qasımzadə (60 kq) yarışla vidalaşıb. O, Cemmal Mohamed Ali Camelə (Fransa) 2:3 (28:29, 30:27, 29:28, 28:29, 27:30) hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.

Shares: