“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda qalib gəlmək istəyirdi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Hər iki komandaya uğurlar arzu edirəm. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətə bağlıdır. İtkilərdən danışmağı sevmirəm. “Neftçi”ni uda bilərdik. Dəyişikliklərlə nəsə edə bilərdik. Əfsuslar olsun ki, bəzi oyunçularımız yox idi. Oktavio və Murata oynamırdı.
Səbuhi Abdullazadə öz yetirməmizdir. Mən məşqçiliyə başlayanda, onu 15-16 yaşında meydana buraxmışdım. Bəli, tamamilə düz vurğuladız. Səbuhinin yerində Murata və Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerlilərdən danışırıqsa, onlar oyun anlayışı olaraq, yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdır. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq.
Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik… Analiz edib deyə bilərəm. 100 faizli qol epizodlarımız bir addım daha çox idi. Oyunu uda bilərdik. “Neftçi”nin futbolçuları bizim yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram”.