Aprelin 14-də və 16-da Tiflisdə Gürcüstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi məşqlərini “Olimpik Star”da davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün bir məşqlə kifayətlənib.
Heyətə dəvət olunun 17 furzalçıdan 3-ü qapıçıdır. Daha çox taktiki tapşırıqlar üzərində çalışan futzalçılar arasında zədəli oyunçunun olmaması baş məşqçinin üzünü güldürür.
Qeyd edək ki, komanda aprelin 13-də Gürcüstana yola düşəcək və “Beaumonde Garden” hotelində məskunlaşacaq. Oyunlar isə Tiflis İdman Sarayında keçiriləcək.