Adrien Rabyo mövsümün sonunda “Yuventus”u tərk edəcək. Bu barədə İtaliya mətbuatı məlumat verib.
Xəbərə görə, futbolçunun anası, həm də agenti olan Veronika Rabyo ilə klub arasında danışıqlarda nəticə hasil edilməyib. Tərəflər futbolçunun məvacibi ilə bağlı razılaşma əldə edə bilməyiblər.
Fransız yarımmüdafiəçinin komandası ilə müqavilsəi bu ilin iyununda itir. Bu mövsüm 29 yaşlı futbolçu 27 oyunda 4 qol vurub. Onun transfer qiyməti 40 milyon avro dəyərindədir. Xatırladaq ki, hazırda Turin klubu A seriyasında 3-cü pillədə qərarlaşıb.