Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi “Manisa” evdə lider “Eyüpspor”la qarşılaşıb.
Bu oyunda qalib müəyyənləşməyib – 2:2. Sertan start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Manisa” bu nəticədən sonra 33 xalla 12-ci pillədə qərarlaşıb.