“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:2 hesablı qələbə qazandıqları matçla bağlı mətbuat konfransında bunları deyib:

“Öncə oyunçularımı təbrik etmək istəyirəm. Mükəmməl oynadılar. Aslanlar kimi savaşdılar. “Qarabağ” kimi komandaya qarşı ancaq bu cür mübarizə apararaq qalib gəlmək olar. Biz istəyirdik ki, həm xətlərarası əlaqə sıx olsun, həm də yarımmüdafiə ilə müdafiə arasında əlaqə sıx olsun. Buna oyunun gedişində əksər vaxt nail ola bildik.

Deməzdim ki, “Qarabağ”ı məğlub etdiyimizə görə qələbəni böyük sevinclə qeyd edirdik. “Qarabağ”ı udmağa görə 6 xal vermirlər. Futbolçularımı yaxşı mübarizə apardıqlarına görə böyük sevinc içində təbrik etmək istədim.

Çalışacağıq ki, bütün ev oyunlarında qalib gələk. Onu deyə bilirəm ki, bizim futbolçular azarkeşlərin dəstəyinə layiqdirlər”.

Shares: