Monte-Karloda keçirilən “Masters” seriyalı tennis turnirinə yekun vurulub. Finalda Stefanos Tsitsipasla Kasper Ruud qarşılaşıb. Yunanıstanlı tennisçi Tsitsipas iki setdə qələbə qazanıb – 6:1, 6:4.
Oyun 1 saat 36 dəqiqə davam edib. Bu müddət ərzində Stefanos əlinə düşən 8 imkanın 4-dən istifadə edərək breyk edib. Norveçli tennisçi isə 4 dəfə rəqibin servisini qazanmaq imkanının heç birindən istifadə etməyib.
Qeyd edək ki, Tsitsipas karyerası ərzində 3-cü dəfə Monte-Karloda titul qazanıb. Bu çempionluqdan sonra o, yenidən reytinq cədvəlində ilk onluğa qayıdıb.