Joze Mourinyo İngiltərəyə qayıda bilər. O, daha bir London klubunu çalışdırmağa əsas namizəddir.

Müqaviləsi müqaviləsi mövsümün sonunda başa çatacaq Devid Moyesin “Vest Hem”dən ayrılması gözlənilir. Rəhbərlik onunla anlaşmanı uzatmaq niyyətində deyil. Komandada əhval-ruhyyəni dəyişmək daha iidialı məşqçi axtarışı davam edir. Bu baxımdan portuqaliyalı mütəxəssis diqqət mərkəzindədir.

Mourinyonun son klubu bu ilin yanvarında tərk etdiyi “Roma” olub. Mütəxəssis 2021-ci ildən İtaliya klubuna rəhbərlik edib. 2021/2022 mövsümündə “Roma” Konfrans Liqasının qalibi olub, 2022/2023 mövsümündə Avropa Liqasının finalına yüksəlib.

Mourinyo bundan öncə “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.

Shares: