Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun formasını geyindiyi LKS Polşa çempionatında növbəti oyuna çıxıb.

Futbolinfo.az xəbər verir ki, Lodz klubu azarkeşləri önündə “Radomiak Radom”la qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:2.

Rahil bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 10-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

LKS 28 turdan sonra 21 xalla 17-ci sıradadır.

Shares: