Litvalı Mikolas Alekna diskatma üzrə yeni dünya rekorduna imza atıb.
Futbolinfo.az xəbər verir ki, ABŞ-də keçirilən “Oklahoma Throws Series” turnirində 21 yaşlı atlet 74,35 metrlik nəticə göstərib.
Bununla da o, almaniyalı idmançı Yurgen Şultun 1986-cı ildə müəyyən etdiyi rekordu (74,08 m) yeniləyib.