Futbol üzrə Cənubi Koreya çempionatında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Suvon”la qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Daejeon” hazırda 5 xalla sonuncu pillədə qərarlaşıb.