Futbol üzrə ölkə çempionatının I Liqasında mübarizə aparan “Mingəçevir” 22-ci tur çərçivəsində səfərdə MOİK-in qonağı olacaq.
Ədəhim Niftəliyevin rəhbərlik etdiyi kollektiv ötən gün Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda oyun öncəsi növbəti məşqini keçirib. Hazırlıq prosesi təxminən bir saat sürüb.
İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq toplu çalışmalar və “kvadrat” ilə davam edib. Hazırlığın son bölümündə futbolçular taktiki çalışmalar üzərində işləyib. Məşq oyunçuların fərdi hazırlığı ilə başa çatıb.
Məşqdən sonra “Mingəçevir”in baş məşqçisi Ədəhim Niftəliyev qarşıdakı oyun və komandasının hazırlıq prosesi barəsində məlumat verib.
Qeyd edək ki, MOİK – “Mingəçevir” görüşü sabah saat 15:30-da start götürəcək.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR