Karlos Alkaras zədəsi haqqında məlumat verib. İspan tennisçi sağ çiynindəki ağrılara görə Barselonada titulunu qoruya bilməyəcək.

“Belə bir qərarı qəbul etmək mənim üçün asan deyildi. Çünki turnir mənim üçün çox əhəmiyyətli idi. Madriddə yenidən oynamaq istəyirəm. Lakin bunu 100% əminliklə söyləyə bilmərəm.

Monte-Karlodan qayıtdıqdan sonra MRT edildim. Hər şeyin normada olduğu göründü. Buna baxmayaraq, zərbələr zamanı diskomfort hiss edirəm. Ümid edirəm ki, Madriddəki “Masters”ə qədər sağala biləcəyəm”, – deyə 22 yaşlı tennisçi qeyd edib.

Xatırladaq ki, Madrid turniri aprelin 24-də başlayacaq. Keçən il qalib məhz Karlos Alkaras olmuşdu.

Shares: