Belçika millisinin futbolçusu Torqan Hazard 2024-cü ildə meydana çıxa bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin zədələnməsidir.
Ölkəsində “Anderlext” klubunun formasını geyinən Hazardın “Union”la görüşdə (2:1) sağ diz ön çarpaz bağı cırılıb. Tibbi müayinənin ardından onun 2024-cü ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.
Hazard bu mövsüm 25 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Anderlext”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.