Basketbol üzrə Avroliqa turnirində pley-inin ilk oyunları baş tutub.

İstanbulda “Virtus” komandasını qəbul edən “Anadolu Efes” məğlub olaraq (61:67) mübarizəni dayandırıb. Görüşün ən məhsuldar oyunçusu İstanbul klubunun üzvü Şey Klaybörn olub. Onun aktivində 22 xal var. Bolonya təmsilçisində Tornike Şengeliya 15 xal toplayıb.

Bu qələbədən sonra italyanlar pley-offa yüksəlmək üçün “Baskoniya” ilə qarşılaşacaq. İspaniya komandası dünən İsrailin “Makkabi” komandasına məğlub olub – 113:85. Bu qələbə sayəsində “Makkabi” pley-offa vəsiqəni təmin edib. Onların rəqibi Yunanıstanın “Panatinaikos” komandası olacaq.

Shares: