AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlir yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

U-15 Liqasının “Turan Tovuz” FK – “Neftçi” PFK oyununda “Turan Tovuz”un futbolçusu Uğur Məmmədov təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. “Neftçi”nin futbolçusu Ramin Abıyev də təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-14 Liqasının “Kəpəz” PFK – “Şorsu” (Şəki) oyunu “Şorsu” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Şəki komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Ulduz” (Mingəçevir) – “Olimpiya” (Ağcabədi) oyunu “Olimpiya” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Ağcabədi komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares: