Yunanıstanın “Panatinaikos” klubunun hazırkı məşqçisi, “Anadolu Efes”lə iki dəfə Avroliqa çempionu olan Ergin Atamanın atası vəfat edib. Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat verib.
“Panatinaikos” Ergin Atamana sevimli atasının vəfatı ilə bağlı dərin başsağlığı verir. İbrahim Ataman dünən 90 yaşında vəfat edib. Biz baş məqşçimiz və onun ailəsinə bu çətin gündə dəstək veririk”, – deyə klubun rəsmi bəyanatında qeyd edilir.
Xatırladaq ki, Avroiqanın müntəzəm çempionatının nəticələrinə əsasən, “Panatinaikos” ikinci yeri tutub. Yunan klubunun pley-offda rəqibi İsrailin “Makkabi” komandası olacaq.