“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 31-ci turunda doğma meydanda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:4 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. Oyuna yaxşı başladıq. İlk 10 dəqiqə üstünlüyümüzlə keçdi. Təəssüf ki, sonra 2 ardıcıl qol buraxdıq. Bəzi çatışmazlıqlarımız var idi. Oyunçularımız zədəli, cəzalı olduğuna görə bəzi dəyişiklikllər edirik. İlk hissədə rəqibdə hər şey alınırdı. İkinci yarıda oyunu çevirə bilərdik. Otto Conun qaçırdığı epizodlar matçın qırılma nöqtəsi oldu. Hələ mübarizə davam edir. Həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq lazımdır. Son həftələrdə hər kəs avrokuboklar haqda fikirləşirdi. Futbolçular uduzmaqdan qorxurdu. Bu məğlubiyyətin faydası da olacaq. Düz yoldayıq. Hər komanda məğlub ola bilər. Günahkar axtarmıram. İrəli baxacağıq. Həvəsdən düşsək, gələcəyimiz üçün böyük problem yarada bilər. Ümumən futbolçularım əllərindən gələni etdilər.

Belə ajiotajlar olacaq. Çempionatın sonudur. Psixoloji cəhətdən hazır olmalıyıq. Əgər söz-söhbətlər bizə pis təsir edirsə, gələcəyimiz üçün çətin olacaq. İlk dəfə deyil ki, belə hadisələr olur. Məğlubiyyət olanda da komandanı hazır etməliyik. Gələn mövsümə daha hazır olmalıyıq. Futbolçularım dərk edib qarşıdakı matçlara hazır olacaqlar”.

Shares: