Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVII turun oyunu keçirilib. Turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəliblər (Report).
“AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydana lider “Kür”lə 2 xallıq fərqi aradan qaldırmaq üçün çıxıb. İlk “dördlük”də qərarlaşan “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi. Gərgin və maraqlı mübarizə ilə yadda qalan qarşılaşmanı “Qarabağ” 35:34 (18:18) hesablı qələbə ilə başa vurub.