Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Daequ” ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb – 0:0.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub, 77-ci dəqiqədə isə sarı vərəqə alıb.
“Daejeon” hazırda 6 xalla sonuncu pillədə qərarlaşıb.