“Bizim üçün yaxşı oyun olmadı. Çox səhvlər etdik” – bu sözləri “Turan Tovuz”un futbolçusu Belajdi Pusi “Sumqayıt”a 1:4 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Albaniyalı oyunçu komandasının böyükhesablı məğlubiyyətindən danışıb: “Bəli, səhvlər etdik, amma onlardan öyrənməliyik. Növbəti oyunlara hazırlaşmaq lazımdır. Bizim avrokuboklara getmək üçün yolumuz çətindir. Amma riyazi olaraq şans qalır. Növbəti matç həlledici olacaq”.

Pusi komandasının ilk dəfə doğma meydanda böyük hesabla uduzması ilə bağlı suala isə belə cavab verib: “Buna görə çox pis olduq. Amma futbolda belə hallar baş verir. Əgər sən oyunda uduzursan və risk edirsənsə, o zaman qollar buraxa bilərsən. Çox oyunçu ilə hücuma atırlırsan, əks-hücumlarda yaxalanıb qollar buraxmaq ehtimalın yüksəlir”.

Shares: