“Barselona”nın vitse-prezidenti Rafa Yuste komandanın baş məşqçisi Xavi Ernandesin gələcəyi haqda danışıb. O, çalışdırıcığının qalacağı ilə bağlı xəbərləri təsdiqləyib.
Klub rəsmisi mövsüm bitəndə istefa verəcəyini deyən məşqçini qalmağa razı saldıqlarını təsdiqləyib: “Xavi qalır, o, “Barselona”da xoşbəxtdir. Klub digər məşqçilərlə danışıqlar aparmayıb. Deku bu mütəxəssisə tam etibar edir. Qərar təsdiqləndi”.
“Barselona” Xavinin rəhbərliyi altında La Liqanın turnir cədvəlində ikinci yeri tutur və Çempionlar Liqasının 1/4 finalına yüksəlib, burada PSJ-yə uduzub.