Basketbol üzrə Avroliqa turnirində ilk raundun daha iki oyunu baş tutub.
Müntəzəm çempionatda daha yüksək yer tutan “Monako” doğma arenada “Fənərbağça”nı qəbul edib. Oyunun əvvəli knyazlıq klubunun üstünlüyü ilə keçib. Fasilədən sonra isə türklər daha yaxşı oynayıblar. Bunun da nəticəsində oyun bərabərliklə başa çatıb. Overtaymda isə İstanbul klubu daha dəqiq olub – 95:91.
Bununla da “Fənərbağça” seriyada önə keçib. Görüşün ən məhsuldar basketbolçusu qonaqların kapitanı Naycel Eys Deyvis olub. Onun aktivində 19 xal var.
Digər oyunda da qonaqlar qalib gəliblər. “Olimpiakos” İspaniyada “Barselona”nı 77:75 hesabı ilə məğlubiyyətə uğradıb. Yunanlar ikinci periodu daha yaxşı keçirməklə üstünlüyü sona qədər qoruya biliblər. Ehtiyatdan oyuna daxil olan Vilyams Qoss 15 xalla komandasında ən çox xal toplayan basketbolçu olub.
Xatırladaq ki, bu gün ikinci raundun iki oyunu keçiriləcək. Yunanıstanda “Panatinaikos” “Makkabi”ni , Madriddə isə “Real” “Baskoniya”nı qəbul edəcək. İlk oyunlarda “Makkabi” və “Real” qalib gəlib.