Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, “İnter”lə müqaviləsi başa çatan Asif Məmmədov bundan sonra “qırmızı-qaralı” formanı geyinəcək.
Əldə etdiyimiz məlumata görə “Qəbələ” Məmmədovla 1 illik müqavilə imzalayıb. 
Qeyd edək ki, əyalət təmsilçisi buna qədər Andrey Popoviç, Məhəmməd Mirzəbəyov və  Samir Zərgərovu heyətinə cəlb etmişdi. Müqavilə müddəti başa çatan Dmitri Bezotosnı və Aleksey Qayın sözləşməsinin vaxtı 1 illiyinə uzadılıb.
Shares: