"Yuventus"un ulduz futbolçusu Andrea Pirlo "Barcelona" maçından sonrakı gözyaşları haqda danışıb. Futbolinfoaz xəbər verir ki, Çempionlar Liqasının finalında Kataloniya təmsilçisinə uduzaraq, kuboku əldən verən "qoca sinyora"nın təcrübəli yarımmüdafiəçi məğlubiyyət sonrası gözyaşlarına hakim ola bilməmişdi.
İtaliyalı "Yuventus"dan ayrılaraq, ABŞ-a getməyə hazırlaşdığı və vida gözyaşları töktüyü qeyd edilmişdi.
Məsələ ilə bağlı danışan Pirlo, “Gözyaşlarım "Yuventus"a əlvida üçün yox, məğlubiyətə görə idi. Çünki bu nadir hallarda ələ düşən bir durum və ya hadisədi" deyə vurğulayıb.
Qeyd edək ki, Pirlonun MLS komandalarından "Nyu York Siti" ilə anlaştığı bildirilmişdi.