Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.
Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.
Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.
BANKO KUPON ÜÇÜN
Leypsiq – Borussiya D: qarşılıqlı qol
* “Leypsiq” son 13 oyunun 12-də qol vurub.
* “Leypsiq”in son 3 oyunun 2-də qarşılıqlı qol qeydə alınıb.
* “Borussiya” son 10 oyunun 9-da fərqlənib.
* “Borussiya”nın son 2 oyununda qarşılıqlı qol olub.
* Bu komandalar arasında bundesliqada keçirilən son 7 oyunun 6-da hər iki tərəf fərqlənib.
SÜRPRİZ KUPON ÜÇÜN
* Turnir cədvəlində 55 xalla 5-ci sırada qərarlaşan “Roma” 8-ci yeri tutan “Napoli”dən 6 xal öndədir.
* “Roma” A Seriyasında keçirdiyi son 8 oyunun 7-də uduzmayıb.
* “Napoli”nin son 6 oyunda yalnız 1 qələbəsi var.
* “Napoli”nin evdə son 3 oyunda qələbəsi yoxdur.
* İlk dövrədə “Roma” “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.
QARIŞIQ KUPON ÜÇÜN
* Turnir cədvəlində 86 xalla 2-ci sırada qərarlaşan “Fənərbağça” 4-cü yeri tutan “Beşiktaş”dan 35 xal öndədir.
* “Fənərbağça” son 3 ev oyununda qalib gəlib.
* “Fənərbağça” son 8 oyunun 7-də xal itirməyib.
* “Beşiktaş” son 6 oyunda yalnız 1 qələbə qazanıb.
* İlk dövrədə “Fənərbağça” səfərdə “Beşiktaş”ı 3:1 hesabı ilə məğlub edib.
ARZULANAN KUPON ÜÇÜN
Tottenhem – Arsenal: qarşılıqlı qol
* “Arsenal” Premyer Liqada son 5 oyunun 4-də qol vurub.
* “Arsenal” bu il çempionatda yalnız 1 səfər oyununda qol vurmayıb.
* “Tottenhem” bu mövsüm yalnız “Fulhem”lə görüşdə qol vurmayıb.
* “Tottenhem”in son 4 oyunundan 3-də qarşılıqlı qol qeydə alınıb.