AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-17 Liqasının “Qarabağ” FK – “Qəbələ” İK oyununda “Qarabağ”ın futbolçusu Elgün İsaqov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb. “Qəbələ”nin futbolçusu Əliyar Haqverdizadə də rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
U-17 Liqasının “Turan Tovuz” FK – “Sabah” FK oyununda “Sabah”ın futbolçusu Tunar Mehdizadə qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
U-14 Liqasının “Baku Sporting” FK – İOEUGİM (Sumqayıt) oyunu İOEUGİM (Sumqayıt) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İOEUGİM (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Liqasının “ASTA” FK – “Ulduz” (Mingəçevir) oyunu “Ulduz” (Mingəçevir) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Ulduz” (Mingəçevir) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” yarımfinal oyununda “Neftçi”nin oyunçusu Aida Oksina təcavüzkar davranış (rəqib oyunçunu şillə ilə vurduğuna görə) səbəbilə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. “Dinamo”nun oyunçusu Nuray Cabbarova təcavüzkar davranış (rəqib oyunçunu təpiklə vurduğuna görə) səbəbilə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” yarımfinal oyununda “Dinamo” (Balakən) komandası oyun zamanı qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçunu oynatdığına görə “Dinamo” (Balakən) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK” yarımfinal oyununda “Neftçi” klubu tərəfindən məşqçi Kəmalə İbadullayeva rəsmi şəxs kimi adının protokolda olmadığı halda texniki zonada olduğuna görə “Neftçi” komandasına xəbərdarlıq edilib.