Futbol üzrə Niderland birinci divizionunda 36-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Telstar”la qarşılaşıb. Futbolçumuzun komandası yekunda heç-heçə ilə kifayətlənib – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.

“Eyndhoven” hazırda 40 xalla 15-ci pillədə qərarlaşıb.

Shares: