Mayın 9-dan 13-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri üçün yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığmalarının tərkibi müəyyənləşib.
Futbolinfo.az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycanı 9 güləşçi təmsil edəcək.
Yunan-Roma güləşi üzrə yığma komandanın tərkibində Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Axdiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.
Qadınlardan ibarət komandada isə Azərbaycanı Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alenka Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq).təmsil edəcək.
Hər çəki dərəcəsində üç lisenziya uğrunda mübarizə gedəcək.