Azərbaycan Premyer Liqasının 32-ci turu tamaşaçı məhsuldarlığı ilə yadda qalıb.

Futbolinfo.az saytının məlumatına görə, tur çərçivəsində keçirilən 5 oyunu ümumilikdə 13 min 800 azarkeş izləyib.

Bu, 2023-24 mövsümündə azarkeş rekordunun qırılmasına yol açıb. Maraqlıdır ki, yeni rekord cəmi 50 azarkeş çoxluğu ilə qırılıb. Çünki 11-ci turdakı qarşılaşmaları ümumilikdə 13 min 750 tamaşaçı seyr edib.

Rekordun qırılmasında “Sumqayıt” – “Qarabağ” matçının rolu böyük olub. Mehdi Hüseynzadə adına Respublika stadionundakı görüşdə tribunalarda 9300 nəfər olub. Sonrakı yerlərdə müvafiq olaraq “Neftçi” – “Turan Tovuz” (1850), “Sabah” – “Səbail” (1700), “Zirə” – “Araz-Naxçıvan” (700) və “Qəbələ” – “Kəpəz” (250) matçları qərarlaşıb.

Shares: