Avropanın milli çempionatlarında ən uğurlu əvəzetmələrə əl atan komandalar müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da siyahıda yer alıb.
Premyer Liqa çempionluğunu öncədən təmin edən Ağdam klubu cari mövsüm 85 qoldan 20-ni əvəzetmədən vurub. Baş məşqçi Qurban Qurbanovun uğurlu dəyişiklikləri sayəsində “Qarabağ” ilk “üçlük”də yer alıb. Niderland PSV-si və Sloveniya “Olimpiya”sında da sonradan meydana çıxanlar 20 dəfə fərqləniblər. Ağdamlılar adıçəkilən klublarla birlikdə 2-ci yeri bölüşdürür.
Bu baxımdan zirvədə “Seltik” qərarlaşıb. Şotlandiya klubunun ölkə çempionatında 21 qolunu əvəzetmədən meydana çıxanlar vurublar.