Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk olaraq “Bayern” “Real”ı qəbul edəcək. “Allyanz Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
23:00. “Bayern” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: Kleman Turpin (Fransa)
“Allyanz Arena”
Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.
Qeyd edək ki, yarımfinalın digər matçı sabah Dortmund “Borussiya”sı ilə PSJ arasında oynanılacaq.