“Opta” idman analitikası şirkəti klubların yeni dünya reytinqini açıqlayıb.
Futbolinfo.az saytı xəbər verir ki, Azərbaycan Premyer Liqası komandaları da 13 min 381 klub arasında yer alıb.
Növbəti çempionluğunu rəsmiləşdirən “Qarabağ” reytinqin ilk “100-lüy”ündən kənarda qalıb. Ağdam təmsilçisi 118-ci sıraya geriləyib. Klublarımızdan “Zirə”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ”də də geriləmə müşahidə olunub.
Əvəzində “Sabah”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Araz-Naxçıvan” irəliləyişə nail olublar. “Qarabağ”la yanaşı, “Sabah”, “Neftçi” və “Zirə” də siyahının ilk “1000-liy”inə düşüblər.
Dünya reytinqinə “Mançester Siti” başçılıq edir. İngiltərə klubu 100 xala malikdir. İkinci sırada “Real” (98), üçüncü pillədə isə “İnter” (97,6) qərarlaşıb.
Azərbaycan klublarının dünya reytinqində mövqeyi:
118. “Qarabağ” – 81 xal
558. “Sabah” – 71,8
631. “Neftçi” – 71
727. “Zirə” – 70,2
1003. “Sumqayıt” – 67,8
1108. “Turan Tovuz” – 67
1293. “Səbail” – 65,7
1532. “Kəpəz” – 64,2
1755. “Araz-Naxçıvan” – 63,1
1948. “Qəbələ” – 62,2