PSV İrvinq Lozanonu satmağa hazırlaşır. Niderland klubu onun üçün yaxşı təklif alıb.
Futbolinfo.az xəbər verir ki, meksikalı sağ cinah hücumçusunu “San-Dieqo” istəyir. ABŞ klubu 28 yaşlı oyunçu üçün 12 milyon avroluq rəsmi dəvət göndərib.
Eyndhoven klubuna ötən yay keçən hücumçu, ilk mövsümündə keçirdiyi 30 oyunda 6 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Komandanın uğurunda önəmli rol oynayan futbolçu Erediviziyadan məmnundur. Lakin MLS təmsilçisinin təklif etdiyi yüksək maaş ona doğma qitəsinə qayıtmağa maraq yaradıb.
Avropaya 2017-ci ildə “Paçuka”dan gələn Lozano PSV-yə 12,5 milyon avroya transfer olunmuşdu. O, 2019-da 45 milyon qarşılığında “Napoli”yə keçmiş, burada 4 il keçirərək ötən mövsüm çempion olmuşdu. Cari çempionatın əvvəlində 15 milyona keçmiş klubuna transfer olunan meksikalının Niderland klubu ilə 4 illik müqaviləsi qalır.