17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, yığma ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
U-17 ilk iki görüşdə Belarus (1:3) və Qazaxıstana (2:2, penaltilərlə 1:4) məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığmaları üzərində qələbə qazanıb.