Futbol üzrə Finlandiya milli komandasında baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin futbol assosiasiyası (FFA) məlumat yayılıb.
Mənbədə qeyd olunur ki, FFA yığmanın çalışdırıcısı Miksu Paatelaynenlə yolları ayırıb. Bu qərar AÇ-2016-nın seçmə qrup mərhələsindəki son matçda yığmanın Macarıstana 0:1 hesablı məğlubiyyətindən sonra çıxarılıb. F qrupunda 6 turdan sonra Finlandiya 4 xalla 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2011-ci ildən ölkəsinin milli komandasını çalışdırır.
Shares: