Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Futbolinfo.az xəbər verir ki, idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.
O, yarımfinal mərhələsində rusiyalı Pavel Qlinçuka (AİN) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) olimpiya lisenziyasına sahib çıxıb.
Beləliklə, Azərbaycan olimpiadaya 23-cü lisenziyanı qazanıb.