"Neftçi"dən ayrılan Mirhüseyn Seyidov karyerasına başqa bir paytaxt klubunda davam etdirəcək. Futbolinfo.az xəbər verir ki  yarımmüdafiəçi "İnter"lə sözləşmə imzalayıb. Saytımıza açıqlama verən Seyidov "bankirlər"ə keçidindən danışıb: 
 
"Bildiyiniz kimi, "İnter"lə müqavilə imzaladım. Düzdü, başqa kluba keçmə variantlarım da var idi.  Bu klubu seçməyimdə məqsəd odu ki, "İnter" Avropa Liqasında çıxış edəcək. Düzdü, çətinliklər, problemlər var. Ancaq vəziyyət maaş ödənilməyəcək qədər kritik deyil. 6 aylıq sözləşməyə imza atmışam. Maliyyə isə mənim üçün ikinci plandadı. Əsas odur ki, öz oyunumu, formamı bərpa edim. Daima əsas heyətdə yer alım. Avroliqada yaxşı çıxış etməyi nəzərə alıb bu klubla transfer oldum. Şərtimiz də o oldu ki, qarşıdakı aylarda vəziyyət düzəlsə, klubun iddiaları daha da artsa, ehtiyac olsa, qışdan sonra müqavilənin müddətini artıraq. Hələlik bu gün çətinliklər ola bilər. Mən də yerli oyunçu kimi istədim ki, öz klubuma əlimdən gələn köməkliyi edəm".
Shares: