Brazilyalı məşhur futbolçu Ronaldinyonun ardından Samuel Eto, İbrahim Affelay da kariyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə “Antalyaspor”un prezidenti mətbuat toplantısında məlumat verib.
 
Belə ki, Antalya təmsilçisinin prezidenti Gültəkin Gencər bunları deyib: “Samuel Eto, Ronaldinyo və İbrahim Affelayla görüşmələrimiz davam edir. Bu futbolçulardan birinin 10 gün ərzində “Antalyaspor”la müqavilə bağlayacağı dəqiqdi. Transferləri reklam gəlirləri ilə həyata keçirəcəyik. Dəqiq olan budur ki, çərşənbə axşamı səhər Samuel Etonun meniceri ilə görüşəcəyik”.
 
Qeyd edək ki, Meksikanın “Queretaro” klubundan ayrılan Ronaldinyonun da meneceri Roberto Assislə birlikdə iyunun 17-də Türkiyəyə gələrək Antalya təmsilçisi ilə rəsmi müqaviləyə imzalayacağı bildirilir.
Shares: